hökümət dairələri

the government circles правительственные круги
hökümət böhranı
hönkür-hönkür ağlamaq (hıçqıraraq ağlamaq)
OBASTAN VİKİ
Malavi dairələri
Afrika qitəsində yerləşən Malavi üç bölgədə olan 28 dairədən ibarətdir.
Qütb dairələri
Qütb dairələri (rus. полярные круги) — Hər iki yarımkürədə 66° 33′ 39″ paralelindən keçən en dairəsidir. Şimaldakı şimal qütb dairələri cənubdakı cənub Qış dairələri bu dairələrdən qütblərə doğru qalan sahələr isə münasib surətdə: şimal qütb sahəsi və cənub qütb sahəsi adlanır. Şimal qütb dairələri üzərində yay gündönümündə günəş üfüq arxasında batmır, yəni iyunun 22-də burada ən uzun gündüz olur (24saat), qış gündönümündə günəş üfüq arxasından çıxmır, yəni dekabrın 22-də burada ən uzun gecə olur (24 saat). Qütb dairələrindən qütbə qədər olan sahədə qışda çoxgünlük qütb gecəsi olur ki, onun uzunluğu qış dairələri üzərində 1 gündən qütbdə 6aya qədərdir, yayda isə belə çoxgünlük qütb gündüzü olur. Bu hadisənin əksi cənub yarımkürəsində müşahidə edilir. Qütb dairəsi qütb bölgələrini müəyyənləşdirən dünya xəritəsində göstərilən beş böyük enlikdən biridir: Cənub Qütb dairəsi və ya Arktik dairəsi: 66° 33′ 39″ cənub enliliyində yerləşir. Şimal Qütb dairəsi: 66° 33′ 39″ şimal enində yerləşir.
Serbiyanın dairələri
Serbiyanın dairələri — Serbiya inzibati ərazi bölgüsü çərçivəsində statistik vahidlər. Hökumətin 29 yanvar 1992-ci il tarixli qərarına əsasən, dairələr hakimiyyətin yerli mərkəzləri sayılır və respublika nazirlikləri orada birbaşa öz funksiyalarını yerinə yetirilər. Hər dairənin hökumətin qarşısında birbaşa cavabdeh olan başçısı var. Serbiya ərazisi 29 dairə və xüsusi inzibati vahid olan Belqrada bölünüb. Voyevodina muxtar vilayəti ərazisində 7, Kosova ve Metohiyada 5, Serbiyanın mərkəzi hissəsində isə 17 dairə var. Serbiya hakimiyyəti Kosovo üzərində nəzarəti 1999-cu ilin iyununda, NATO-nun Yuqoslaviyaya qarşı müharibəsindən sonra itirdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə əsasən, Kosovo BMT-inin protektoratı altındadır və Serbiya hakimiyyəti tərəfindən nəzarət edilmir. Albanların çoxluq təşkil etdiyi müvəqqəti yerli muxtariyyətın institutları 2008-ci il fevralın 17-də vilayətin birtərəfli müstəqilliyini elan etmişdi. Serbiyanın hakimiyyət orqanları bu ərazidə əhalinin siyahıya alınmasını aparmayıb. Dairələr siyahıda Şumadiya və Qərbi Serbiya, Cənubi və Şərqi Serbiya, Voyevodina muxtar vilayəti və Kosova ve Metohiya muxtar vilayəti bölmələrinə bölünüb.
İsrail dairələri
İsrail dairələri — İsrail dövlətinin əsas inzibati ərazi vahidləri. Ölkə yeddi dairəyə (ivr. ‏מחוז‏‎, «maxoz»), 15 yarımdairəyə (ivr. ‏נפה‏‎, «nafa») və 50 təbii regiona bölünür.. Əhalisi: 945 000 nəfər (2011) İnzibati mərkəzi: Qüds Yarımdairələri yoxdur Dairəyə həmçinin altı günlük müharibə (1967) nəticəsində İsrailin tutduğu ərazilər də birləşdirilib.
Azərbaycan seçki dairələri
Azərbaycan Respublikası seçki dairələri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış seçicilərin hər hansı seçkili orqana (prezident, parlament və bələdiyyələr) nümayəndə (nümayəndələr) seçməsi üçün Seçki Məcəlləsinə uyğun olaraq təşkil edilmiş ərazi vahidi. Əhali sayına görə təşkil olunmuş dairələr öz növbəsində məntəqələrdən ibarətdir. 2010-cu ilin əvvəlinə ölkə üzrə 5367 məntəqə var.[mənbə göstərin] 2022-ci ilin iyul ayına olan məlumata görə Azərbaycan üzrə 6274 seçki məntəqəsi var. == Siyahı == === 1995–2002-ci illərdə === Azərbaycanda 1995–2002-ci illərdə 100 birmandatlı seçki dairəsi və 25 deputatlıq vahid çoxmandatlı seçki dairəsi mövcud olmuşdur. 2002-ci il konstitusiya referendumu ilə proporsional seçki sistemi tamamilə ləğv edilmişdir. === 2002–2023-cü illərdə === === 2023-cü ildən === Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 19 sentyabr 2023-cü il tarixli iclasında alınan qərarla qeydə alınmış seçicilərin orta təmsilçilik norması və qanunvericiliklə müəyyən edilmiş digər tələblər əsas götürülməklə seçki dairələrinin siyahısında dəyişiklik edilmişdir.
Rusiyanın federal dairələri
Rusiya Federasiyasının Federal Dairələri — Rusiya prezidenti V. V. Putinin 849 nömrəli "Federal dairədə Rusiya Federasiyasının Prezidentinin səlahiyyətli nümayəndəsi haqqında" 13 may 2000-ci il fərmanına əsasən yaradılmışdılar.
Rusiyanın muxtar dairələri
Rusiya Federasiyası 83 subyektdən ibarətdir və bunun 4-ü muxtar dairə statusundadır
Azərbaycan Respublikası seçki dairələri
Azərbaycan Respublikası seçki dairələri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış seçicilərin hər hansı seçkili orqana (prezident, parlament və bələdiyyələr) nümayəndə (nümayəndələr) seçməsi üçün Seçki Məcəlləsinə uyğun olaraq təşkil edilmiş ərazi vahidi. Əhali sayına görə təşkil olunmuş dairələr öz növbəsində məntəqələrdən ibarətdir. 2010-cu ilin əvvəlinə ölkə üzrə 5367 məntəqə var.[mənbə göstərin] 2022-ci ilin iyul ayına olan məlumata görə Azərbaycan üzrə 6274 seçki məntəqəsi var. == Siyahı == === 1995–2002-ci illərdə === Azərbaycanda 1995–2002-ci illərdə 100 birmandatlı seçki dairəsi və 25 deputatlıq vahid çoxmandatlı seçki dairəsi mövcud olmuşdur. 2002-ci il konstitusiya referendumu ilə proporsional seçki sistemi tamamilə ləğv edilmişdir. === 2002–2023-cü illərdə === === 2023-cü ildən === Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 19 sentyabr 2023-cü il tarixli iclasında alınan qərarla qeydə alınmış seçicilərin orta təmsilçilik norması və qanunvericiliklə müəyyən edilmiş digər tələblər əsas götürülməklə seçki dairələrinin siyahısında dəyişiklik edilmişdir.
Rusiya Federasiyasının federal dairələri
Rusiya Federasiyasının Federal Dairələri — Rusiya prezidenti V. V. Putinin 849 nömrəli "Federal dairədə Rusiya Federasiyasının Prezidentinin səlahiyyətli nümayəndəsi haqqında" 13 may 2000-ci il fərmanına əsasən yaradılmışdılar.
Mərkəzi, Qəza, Nahiyyə və Şəhər Hərbi Dairələri haqqında qanun
Mərkəzi, Qəza, Nahiyyə və Şəhər Hərbi Dairələri haqqında qanun — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi (1919, 26 may) qanunlardan biri. Qanuna əsasən, Azərbaycan Mərkəzi Hərbi Dairəsi Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi mükəlləfiyyət işləri ilə məşğul olan ali idarə orqanı oldu. Onun başlıca vəzifəsi vətəndaşların hərbi xidmətə çağırılmasını və hərbi mükəlləfiyyətləri yerinə yetirməsini təşkil etmək idi. Mərkəzi Hərbi Dairənin sədri daxili işlər nazirinin müavini, üzvləri isə hərbi və ədliyyə nazirliklərinin nümayəndələri təyin olunmuşdular. Mərkəzi Hərbi Dairə yerlərdə hərbi mükəlləfiyyət işləri ilə məşğul olan qəza, nahiyə və şəhər hərbi dairələrinin işinə nəzarət edirdi.